Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Son dəqiqə! Azərbaycanlıların olduğu gəmi sərbəst buraxıldı

Son dəqiqə! Azərbaycanlıların olduğu gəmi sərbəst buraxıldı

Tarix: 11-12-2020, 09:17

Liviya hərbçiləri azərbaycanlının olduğu gəmini sərbəst buraxdılar Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın tərəfdarları Misrat limanına doğru üzərkən saxlanılmış türk yük gəmisini sərbəst buraxıblar. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. Gəminin heyət üzvü 17 nəfərdən ibarətdir. Xarici KİV-in məlumatına görə, onlardan doqquzu Türkiyə, yeddisi Hindistan və biri Azərbaycan vətəndaşıdır. Dekabrın 8-də Liviya Milli Ordusunun nümayəndəsi, general-mayor Əhməd əl-Mismari bildirib ki, "Mabrouka" adlı ticarət gəmisi Liviyanın qərbindəki Misrata şəhərinin limanına doğru üzürmüş və Derna yaxınlığında saxlanılıb. O, “El-Hades” televiziya kanalına açıqlamasında Haftarın dəniz qüvvələri əməkdaşlarının qayıqla yaxınlaşaraq dəniz qaydalarını pozan gəmiyə mindiklərini demişdi. Gəmidəki yük ancaq dərman vasitələrindən ibarət olub və Misrata çatdırılmalı imiş.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR