Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bakıda sərnişinləri təhlükəyə atan avtobus sürücüləri - VİDEO

Bakıda sərnişinləri təhlükəyə atan avtobus sürücüləri - VİDEO

Tarix: 11-12-2019, 12:13


Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların tez-tez qaydaları pozması ilə bağlı şikayətlər daxil olur.

Dəfələrlə məhz avtobus sürücülərinin qaydaları kobud şəkildə pozması qəzalara səbəb olub və insan itkisi ilə nəticələnib.

BAKU.WS xəbər verir ki, vətəndaşlardan birinin "report"a təqdim etdiyi videomaterialda Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində qaydaları pozan avtobus sürücülərinin qayda pozuntuları yer alıb.

Belə ki, 10 TF 896 dövlət nömrə nişanlı, 26 nömrəli (BNA 14013) marşrut avtomobusunun sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxır. Bununla da qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradır.

Eyni küçədə 67 nömrəli (BNA 65003) marşrut avtobusu yolayrıcına təhlükəli şəkildə dönərək manevr qaydalarını, eyni zamanda yol ayrıcını keçmə qaydasını pozur.

Digər sürücünün peşəkarlığı qəzanın baş verməməsinə səbəb olur.

Videogörüntüləri təqdim edirik.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR