Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

Prezident gömrük orqanları ilə bağlı fərman verdi

Prezident gömrük orqanları ilə bağlı fərman verdi

Tarix: 11-12-2020, 19:44

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
 
Mediabiz.az-ın məlumatına görə, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 415) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:
- 1.3-cü bəndə “qol və yaxa nişanları,” sözlərindən sonra “döş nişanı,” sözləri əlavə edilir.
- Aşağıdakı məzmunda 6.8-1-ci bənd əlavə edilir:
“6.8-1. Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin xidmət etdiyi gömrük orqanını (qurumunu) müəyyənləşdirməyə imkan verən fərqlənmə döş nişanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş qaydalara uyğun olaraq daşınır. Döş nişanı metal lövhədən hazırlanır. Uzunluğu 6 santimetr, eni 5 santimetr olmaqla, aşağı hissəsi ovalşəkillidir. Kənarları qızılı rəngli xətlə haşiyələnmişdir. Yuxarı hissə tünd göy rəngdədir və həmin hissədə qızılı rəngli fon üzərində ağ rənglə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin şəxsi qeydiyyat nömrəsi, sağ və sol kənarlarında isə qızılı rəngli sünbül təsviri həkk olunmuşdur. Döş nişanının orta sağ və sol kənarları tünd qırmızı rəngdədir, hər iki kənarda qızılı rəngli səkkizguşəli ulduz təsviri həkk olunmuşdur. Döş nişanının ovalşəkilli aşağı hissəsi tünd yaşıl rəngdədir və üzərində qızılı rəngli hərflərlə “Dövlət Gömrük Komitəsi” sözləri yazılmışdır. Orta (mərkəzi) hissədə Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının və Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri həkk olunmuşdur. Nişanın yuxarı, orta və aşağı hissələrini bir-birindən qızılı rəngli haşiyələr ayırır. Metal lövhə qara rəngli süni dəridən hazırlanmış altlığa bərkidilmişdir. Nişanın bərkidildiyi qara rəngli süni dəri altlığın yuxarı hissəsinin ortasında geyim formasına bərkidilmək üçün nəzərdə tutulan düymə dəliyi vardır (Şəkil 67-1).”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR