Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? - AÇIQLAMA

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? - AÇIQLAMA

Tarix: 12-12-2020, 19:26


Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) müvafiq icazəsi olan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə “icaze.e-gov.az” portalında qeydiyatda keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsindən istifadə edə bilər.

Bunun üçün əlavə icazə almaq tələb olunmur. Müvafiq icazəsi olmayan şəxslərin isə həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət daşıyır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR