Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycanda daha bir alim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda daha bir alim koronavirusdan vəfat etdi - FOTO

Tarix: 16-12-2020, 12:57

Azərbaycanın ziyalı ictimai xadimlərindən daha biri koronavirusla mübarizədə məğlub olub. 
Həkimlərin müdaxiləsinə baxmayaraq, alim Arif Məhərrəmov dekabrın 14-də koronavirusdan vəfat edib.  

Məlumatı redaksiyamıza onun bacısı oğlu Rafael Abdullayev təsdiq edib.

Xatırladaq ki, 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anadan olan alim, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib.

AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru professorudur. 2017-ci ildə "İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Eyni zamanda Arif Məhərrəmov uzun müddət pedoqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Texniki Universitet və Azərbaycan Kooperasiya Universitetində professor fakültə dekanı vəzifəsində çalışıb.

Arif Məhərrəmov 400-dən artıq elmi işlərin müəllifidir. 
 
////Oxu.Az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR