Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Bu gecədən internetin verilməsi dayandırılacaq? (RƏSMİ)

Bu gecədən internetin verilməsi dayandırılacaq? (RƏSMİ)

Tarix: 16-12-2020, 22:27

"Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) adından 16 dekabr saat 00:00-dan qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu sözləri Redaktor.az-a NRYTN-nin Mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, sözügedən məlumat nazirliyin loqosuna oxşar, ancaq NRYTN-nə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir:
"Bu məlumat həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (skrinşot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.
Hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR