Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda əhalinin 1,1 faizi koronavirusdan ölüb - RƏSMİ

Azərbaycanda əhalinin 1,1 faizi koronavirusdan ölüb - RƏSMİ

Tarix: 17-12-2020, 10:15


Hazırda Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.
 
Modern.az xəbər verir ki, ölkədə koronavirusa yoluxduğu qeydə alınan 187 336 nəfərin 2 050-si dünyasını dəyişib ki, bu da virusa yoluxan hər 1 000 nəfərdən 12-nin vəfat etməsi deməkdir.
 
Dünyada ümumilikdə bu günə qədər təxminən 75 milyona yaxın insan koronavirusa yoluxma qeydə alınıb, onlardan 1,6 milyondan artıq insan vəfat edib. Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir.
 
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistikaya (16 dekabr) görə ümumilikdə ölkədə virusa yoluxanların sayı 187 336 nəfər təşkil edir. Onlardan 122 859 nəfəri artıq sağalıb. Hazırda 62 427 aktiv xəstə var. İndiyə qədər virusa yoluxan 2 050 nəfər isə dünyasını dəyişib. Ötən gün 4 077 nəfər də virusa yeni yoluxan kimi qeydiyyata alınıb. Virus başlayandan bu günə kimi Azərbaycanda 1 998 577 müayinə aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR