Son Xəbər: İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək,

Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi

Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi

Tarix: 17-12-2020, 17:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr əsasında artıq 125 şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.

Nazirlikdən verilən məlumata görə, onlardan bir hissəsi Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır. Göndəriş verilənlərdən 24-ü ilə əmək müqaviləsi bağlanıb, qalanları ilə qısa müddətdə müqavilələr bağlanacaq.

Proqramda iştirak etmək üçün son günlərdə 58 işəgötürən müraciət edib. “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlərdən artıq 35-i ilə müqavilə imzalanıb. İşəgötürənlərin proqrama müraciətləri, həmçinin onlarla müqavilələrin imzalanması, göndəriş verilmiş şəxslərlə əmək müqavilələrinin bağlanması prosesi davam edir.

Qeyd edək ki, bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.

Proqram üzrə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, müharibə iştirakçılarına, əlilliyi olanlara, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara üstünlük verilir.

İşəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR