Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Virtual Sahibkarlıq Yarmarkasının açılış tarixi elan olundu

Virtual Sahibkarlıq Yarmarkasının açılış tarixi elan olundu

Tarix: 17-12-2020, 17:57


Virtual Sahibkarlıq Yarmarkasının açılış mərasimi baş tutacaq.

Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində açılışı həyata keçirəcək.

Sahibkarlıq Yarmarkasının əsas məqsədi istehsalçılar, təchizatçılar, istehlakçılar və dövlət qurumlarını məlumatlandırmaq və onlar arasında əlaqə yaratmaqdır.

Bu yarmarka 15 fəaliyyət növü (buraya arıçılıq, quşçuluq, heyvandarlıq, dərzilik, konservləşdirmə, un məmulatlarının hazırlanması, meyvə qurusu, əl işləri, toxuculuq, xalçaçılıq və sair) ilə məşğul olan 100 sahibkarın 500-dən artıq məhsul çeşidini nümayiş etdirməyə imkan yaradacaq.

Bu məhsulları virtual olaraq göstərərək, sahibkarlar (istehsalçılar) maraqlı tərəfdaşlarla ünsiyyətdə oldu və son texnologiyalar, metod və tətbiqetmə barədə ətraflı məlumat əldə etmək şansı qazandı. İstehsalçılar ümumi problem və gözləntilərini bölüşərək, fermerdən fermerə məlumat ötürülməsini həyata keçirəcəklər.

Bildirilib ki, tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri zati-aliləri səfir Kestutis Yankauskas, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Cəlal Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssisi Kristonia Lokhart, Polşa Mikromaliyyə Mərkəzinin müdir müavini xanım Katarzina Pavlakın iştirakı gözlənilir.

Qeyd edilib ki, ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir.

Layihənin spesifik məqsədi Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.

Virtual Sahibkarlıq Yarmarkasını canlı yayımda izləmək üçün 18 dekabr 2020-ci il saat 11:00-da www.e-sergi.az və ya www.facebook.com/esergiaz elektron ünvanına qoşula bilərsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR