Son Xəbər: FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi, Azərbaycan gələn il bu ölkədə səfirlik açacaq, Bakıda “Rus evi”nin bağlanmasının səbəbi AÇIQLANDI, Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının müraciətinə CAVAB VERDİ, Ceyhun Bayramov: Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub, Suriyada məsciddə partlayış törədilib, ölənlər və yaralananlar var, Ermənistan vətəndaşlarının məhkəməsi: Davit İşxanyan son söz deyir, Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar, "Valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid anlayışdan istifadə olunması təklifi son oxunuşda qəbul edilib, Yol polisi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib,

Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ

Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ

Tarix: 18-12-2020, 21:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə  2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:          

1, 2 yanvar - Yeni il bayramı;

20 yanvar - Ümumxalq hüzn günü;

8  mart - Qadınlar günü;

20, 21, 22, 23, 24 mart - Novruz bayramı;

9 may - Faşizm üzərində qələbə günü;

13,14 may - Ramazan  bayramı;

28 may - Respublika günü;

15 iyun - Azərbaycan xalqının milli qurtuluş  günü;

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

20-21 iyul - Qurban bayramı;

8 noyabr - Azərbaycan Respublikasının Zəfər günü;                                                

9  noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü

31 dekabr - Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may tarixləri istirahət günləridir.

2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.  

2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR