Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

Tarix: 21-12-2020, 18:18

Növbəti ilin dövlət büdcəsindən tələbə kreditlərinin verilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Eləcə də, bildirilib ki, 2021-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,9 milyon manat təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 3,7 milyon manat və ya 16,7 faiz çoxdur.

Qeyd edilib ki, nəticə əsaslı büdcə mexanizminə keçid çərçivəsində təhsil sektorunun ortamüddətli dövr üçün strateji planı hazırlanıb və büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsində nəzərdə tutulan vəsait bu planda əks olunan strateji hədəflərə nail olmaq məqsədilə 24 subproqramı və 111 tədbiri özündə birləşdirən 18 proqramın maliyyələşdirilməsi üçün ayrılıb.

Eyni zamanda, sözügedən sektorda nəzərdə tutulan proqramların illik icra vəziyyətini monitorinq etməyə və nəticələrini ölçməyə, eləcə də sərf olunmuş xərclərin səmərəliliyini, effektivliyini və nəticəliliyini qiymətləndirməyə imkan verən 121 monitorinq göstəricisi müəyyən edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR