Son Xəbər: İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək,

Azərbaycandan Rusiyaya məhsul ixracına icazə verildi - RƏSMİ

Azərbaycandan Rusiyaya məhsul ixracına icazə verildi - RƏSMİ

Tarix: 22-12-2020, 15:44


Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində hazırda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.


Məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib.


 Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb. Həmçinin, keçirilən görüşlərdə məsələnin həlli istiqamətində irəli sürülən təkliflər mütəxəssislərin iştirakı ilə ətraflı təhlil olunub.


Aparılan müzakirələr nəticəsində artıq "Agroterm” MMC (Xızı rayonu), "Geotermal Aqro” MMC (Kürdəmir rayonu), "GP Alpha Greenhouse” MMC (Salyan rayonu), "Hajigabul Greenhouse” (Hacıqabul rayonu) və Şükürov İlkin Mirzəxan oğluna məxsus (Masallı rayonu) müəssisələrdən pomidor, Şabran rayonundakı "TURAZ” MMC, "Ran Fruıt” MMC və Əsədov Vahid Əbil oğluna məxsus müəssisələrdən alma məhsulunun Rusiyaya ixracına icazə verilib.


Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.


Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR