Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

DİN-dən partlayıcı məmulatlar satanlara XƏBƏRDARLIQ

DİN-dən partlayıcı məmulatlar satanlara XƏBƏRDARLIQ

Tarix: 22-12-2020, 17:57

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətindən Mediabiz.az-a daxil olan məlumatda deyilir:

"Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Xırdalan şəhərində keçirilib. Şəhər ərazisindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edən Habil Babayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsə məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Habil Babayev barəsində Abşeron RPİ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR