Son Xəbər: Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib, İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb,

Radikal quruplaşmalara bağlı son xəbər.

Radikal quruplaşmalara bağlı son xəbər.

Tarix: 31-10-2019, 13:38

Azərbaycandan radikal qruplaşmalara qoşulan 400 nəfərdən artıq şəxsin vətəndaşlığı ləğv edilib

Son iki ildə Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb.
MEDİABİZ.AZ Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, son illərdə həmin qruplaşmalardan kənarlaşmanın baş verdiyi müşahidə olunur.
S.Heydərov əlavə edib ki, 2011-ci ildən indiyədək belə qruplaşmalara qoşulanlardan 400 nəfərdən çoxunun vətəndaşlığı ləğv edilib: "Həmin insanlar artıq Azərbaycana geri qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən iş aparılır. Hesablamalara görə, indiyədək 1000-dən çox şəxs bu radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi haqqında məlumatlar var. Amma digərləri müxtəlif ölkələrdə gizlənirlər. Eləcə də bəzi qadın və uşaqlar İraq və Suriyadakı düşərgələrdə saxlanılırlar. Onların ölkəyə gətirilməsi üçün də işlər görülür".
Komitə rəsmisi əlavə edib ki, valideynlərini itirmiş uşaqların ölkəyə gətirilməsi üçün daim işlər görülür, onların bir qismi artıq ölkəyə gətirilib. Hazırda himayəsiz uşaqların müəyyənləşdirilib ölkəyə gətirilməsi istiqamətində işlər davam edir: "Orada Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar var, onların şəxsiyyətləri müəyyən edilir. Burada belə bir mürəkkəb məsələ var ki, bəzi uşaqların valideynləri müəyyənləşdirilməlidir. Azərbaycandan gedən qadınlar ərləri öldükdən sonra digər ölkələrin vətəndaşları ilə əlaqədə olaraq uşaq dünyaya gətiriblər. İndi onların da vətəndaşlıq məsələsi müəyyənləşdirilməlidir. Ona görə bu məsələ bir qədər mürəkkəbdir. Bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də var. Amma hazırda valideyn himayəsindən məhrum olan azyaşlıların müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində ciddi addımlar atılır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR