Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Hikmət Hacıyev jurnalistlərin Ermənistana səfərindən DANIŞDI

Hikmət Hacıyev jurnalistlərin Ermənistana səfərindən DANIŞDI

Tarix: 12-12-2019, 11:18

Noyabrın 17-dən 21-dək Ermənistan və işğal altındakı Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri həyata keçirilib.
Bununla bağlı Sonxeber.az-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəisi Hikmət Hacıyev açıqlama verib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi gedir və davam etməkdədir:
"Amma real olaraq baxılsa, Ermənistan yenə də destruktiv şəkildə siyasətini davam etdirməkdədir və danışqlar prosesinə də bu və ya digər formada maneələr yaradır. İlk növbədə Ermənistan tərəfindən müxtəlif səviyyədə səslənilən ziddiyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir. Jurnalistlərin səfərinə gəldikdə isə Ermənistan ictimaiyyətinin də məhz Azərbaycanın içərisindən jurnalistlərin iştirakı ilə öz gözləri ilə görərək Ermənistan ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir. Nəzərə almalıyıq ki, Azərbaycana qarşı Ermənistanda dövlət səviyyəsində çox ciddi bir propoqanda aparılır. Bu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasları və münaqişənin səbəblərini təhrif edir. Belə bir şəraitdə münaqişənin həqiqətləri, Azərbaycana baxışı, Azərbaycanın inkişafı barəsində məhz jurnalistlərin gözü ilə Ermənistan ictimaiyyətinin məlumatlandırılmasına bir zərurət, ehtiyac vardır. Bu əsasda da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə belə fikir ortaya qoyuldu ki, jurnalistlərin qarşılıqlı səfəri həyata keçirilsin. Bu həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Qeyd etdiyiniz kimi digər təşəbbüslər barədə hələ ki, məlumat yoxdur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR