Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Əmanətlərin sığortalanması ilə bağlı yeni mezanizm qüvvəyə mindi

Əmanətlərin sığortalanması ilə bağlı yeni mezanizm qüvvəyə mindi

Tarix: 26-12-2020, 15:34


Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Belə ki, qüvvəyə minən yeni qanun layihəsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əmanətlərin siyahısına o cümlədən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər də daxil edilib.

Eləcə də, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri qorunan əmamətlərə aid edilmir.


Həmçinin, hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir”.

Tam qorunan əmanətlərin 100 min manata qədər artırılması ilə bağlı maddə 2021-ci il 5 aprel tarixindən qüvvəyə minir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR