Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib

Tarix: 26-12-2020, 22:38

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.
Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı ölkələrimiz arasında iqtisadi-ticarət, yol-nəqliyyat, energetika, infrastruktur sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb.  Aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, qarşılıqlı ticarət dinamikasının mövcud vəziyyəti və artım imkanları, o cümlədən Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı investisiya qoyuluşu sahəsində icrada olan layihələr barədə danışıqlar aparılıb, qarşılıqlı investisiyalar həcminin 6 milyard ABŞ dollarından çox olduğu qeyd olunub.
Nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi, Şimal-Cənub beynəlxalq nəqliyyat koridoru üzərində bu ilin 10 ayı ərzində yükdaşımalarda 18% artım olduğu qeyd edilib. Nəqliyyat-tranzit sahəsində yeni imkanlar müzakirə olunub. Energetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR