Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Deputatlar silahlarını təhvil verib? - "Tapançanın iki darağından bir güllə belə istifadə etmədim"

Deputatlar silahlarını təhvil verib? - "Tapançanın iki darağından bir güllə belə istifadə etmədim"

Tarix: 12-12-2019, 14:42

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malik olsalar da, V çağırış Milli Məclisin üzvləri bu imtiyazda istifadə etməyiblər.
Milli Məclis üzvlərinə xidməti silahın verilməsi ilk dəfə 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında" Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:
"Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".
Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər.
Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunaraq, təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.
Onu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Maraqlıdır, qanunun icazə verdiyi halda, niyə Milli Məclisin deputatları silah gəzdirmir?
"Silah gəzdirməyə ehtiyac vardı"
Sonxeber.az xəbər verir ki, V çağırış Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağlamalı Modern.az-a bildirib ki, deputatın silah gəzdirməsi qanunla qadağan edilməyib, amma əsas məsələ buna zərurətin olub-olmamağıdır.
"Yəni gəzdirə bilər. Milli Məclisin deputatlarının silah gəzdirməsi məsələsi uzun illər bundan öncə parlamentdə müzakirə olundu. Həmin vaxt deputatların əksəriyyəti Milli Məclisin üzvlərinə silah gəzdirmək səlahiyyətinin verilməsinin tərəfdarı oldu. O vaxtlar cəmiyyətdə narazılıqlar vardı. Təhlükəsizlik məsələlərində problemlər mövcud idi. Həmin illərdə vəziyyət elə idi ki, silah gəzdirmək məsələsi reallğı əks etdirirdi. Həqiqətən də, silah gəzdirməyə ehtiyac vardı".
"Silahı uzaq yola çıxanda götürürdüm"
F.Ağamalı qeyd edib ki, bu gün deputarın silah gəzdirməsinə ehtiyac yoxdur:
"Bu gün Azərbaycan sabit bir ölkədir. Azərbaycan dünyada "sabitlik adası" kimi nüfuz qazanıb. Təhlükəsiz ölkə kimi hər bir dövlətə nümunədir. Hər bir vətəndaşın təhlükəsizliyi qorunduğu üçün deputatların silah gəzdirməsinə də ehtiyac yoxdur.
Silah gəzdirdiyimiz zamanda hansısa deputatın özünü qoruması üçün silaha əl atmasının şahidi olmamışam. Mənə verilmiş silahın iki darağından bir güllə belə istifadə etməmişəm. Ümumiyyətlə, heç bir halda silahdan istifadə etmədim. Çox zaman heç üzərimdə də gəzdirmirdim. Yalnız uzaq yola çıxanda götürərdim. Şəhərin içərisində gəzdirmirdim".
"Silahı verəndə də, alanda da normal qarşılamışdım"
Parlamentari bildirib ki, silahı əldə etmək üçün DİN-ə gedirdilər:
"O silahları bizə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi verirdi. Bizə dəvət gəldi, getdik ora. Silahı alanda sənədə qol çəkib, qayıtdıq. Silahı təhvil verəndə də həmin idarəyə getmişdik.
Növbəti seçkilərdən sonra deputatlara silah verilmədi. O zaman buna çox normal yanaşdım. Əslində veriləndə də normal yanaşmışdım. Cəmi bir çağırış o silahı üzərimdə gəzdirmişəm".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR