Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Qəbələyə istirahətə gələnlər inzibati məsuliyyətə cəlb edildi

Qəbələyə istirahətə gələnlər inzibati məsuliyyətə cəlb edildi

Tarix: 29-12-2020, 15:50


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində, istirahət mərkəzlərinə gedən yollarda avtomobillər yoxlanış məqsədilə polislər tərəfindən saxlanılıb. Yoxlama zamanı bəzi şəxslərin iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək ailəsi ilə birgə istirahətə gəldiyi məlum olub. Bəzilərinin isə qeyri-qanuni yollarla bayramqabağı rayona üz tutduqları müəyyən edilib. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və bu tədbirlərin vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi izah olunub.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR