Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Çeçenistandan ABŞ sanksiyalarına cavab: “Bütün şəxsi heyəti bu bədnam siyahıya salın”

Çeçenistandan ABŞ sanksiyalarına cavab: “Bütün şəxsi heyəti bu bədnam siyahıya salın”

Tarix: 12-12-2019, 16:03

Çeçenistanın Daxili İşlər naziri Ruslan Alxanov ABŞ senatının respublikanın rəhbər vəzifələrində çalışan əməkdaşlarının Dövlət Departamentinin sanksiylar siyahısına salınmasına münasibət bildirib.

Mediabiz.az oxu.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Ruslan Alxanov təklif edib ki, Çeçenistanın bütün güc strukturları sanksiyalar siyahısına salınsın.

"ABŞ Dövlət Departamenti mütəmadi olaraq xalqımızın ən layiqli və hörmətli nümayəndələrini "sanksiyalar siyahısı"na salır. Onların arasında Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları da var. Təklif edirəm ki, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti bu bədnam siyahıya salınsın. Beləliklə, Dövlət Departamenti öz işini asanlaşdırmış olar".

Nazir xatırladıb ki, bölgədəki beynəlxalq terrorizmə qarşı mübarizədə Çeçenistan Daxili İşlər Nazirliyinin 1600 əməkdaşı həyatını itirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR