Son Xəbər: Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir, Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO, Əli Əsədov Qazaxıstana səfər edib, Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək, Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir, Bakıda internat məktəbinin yataqxanasında yanğın olub, Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib, Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib,

Volqoqrad şəhərində küçələrdən birinə Heydər Əliyevin adı verilə bilər

Volqoqrad şəhərində küçələrdən birinə Heydər Əliyevin adı verilə bilər

Tarix: 12-12-2019, 16:32


2003-cü ilin məhz bu günu - 12 dekabrda Heydər Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, təkcə Azərbaycan Respublikasının Prezidenti deyil, ən çətin dövrdə vətəninə köməyə gələn Azərbaycan xalqının ümummilli lideri, ölkəni dirçəltməyi bacaran, onu çiçəklənməyə və firavanlığa aparan şəxsiyyət olub.
Mediabiz.az xəbər verir ki, bu gün, dekabrın 12-də, Heydər Əliyevin vəfatının 16-cı ildönümündə Heydər Əliyev adının Rusiyanın Volqoqrad şəhərinin küçələrindən birinə verilməsi təklif edilib.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri, dünyaca məşhur siyasətçi Heydər Əliyev haqqında "PolitRUS" ekspert analitik şəbəkəsinin Cənub layihəsinin informasiya resursunda məqalə dərc olunub.
Heydər Əliyevin töhfəsi beynəlxalq aləmdə də əhəmiyyətlidir. Buna görə onun yüz illik yubileyi (10 May 2023) Azərbaycanda təkcə böyük milli bayram deyil, həm də bütün mütərəqqi bəşəriyyət üçün bir hadisəyə çevriləcəkdir.
Qeyd edək ki, 2013-cü ildə Volqada qəhrəman şəhərlə xüsusi əlaqəsi olan Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Volqoqradda "Volqoqrad-Bakı" Dostluq Parkı açılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR