Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

İlham Əliyev Bolqarıstana rəsmi dəvət aldı

İlham Əliyev Bolqarıstana rəsmi dəvət aldı

Tarix: 1-01-2021, 22:02




Yanvarın 1-də Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycanın Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mediabiz.az xəbər verir ki, Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.


Öz növbəsində Azərbaycan Prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan qazının Avropaya çatdırılmasını Cənub Qaz Dəhlizinin tamamlanması və bu tarixi layihədə iştirak edən ölkələrin uğurlu əməkdaşlığının təsdiqi kimi dəyərləndirib.

Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana və Avropanın digər ölkələrinə çatdırılmasının Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması işinə böyük töhfə verəcəyini də bildiriblər.

Telefon söhbəti zamanı Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni sahələrdə əməkdaşlığın genişlənməsində tərəqqinin müşahidə olunduğu qeyd edilərək, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Boyko Borisov Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Telefon söhbəti zamanı, həmçinin Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov bir-birini Yeni il münasibətilə təbrik edib, möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR