Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

“Azərişıq” abunəçinin sayğac göstəricilərinin hesablanması ilə bağlı şikayətinə aydınlıq gətirdi - FOTO

“Azərişıq” abunəçinin sayğac göstəricilərinin hesablanması ilə bağlı şikayətinə aydınlıq gətirdi - FOTO

Tarix: 13-12-2019, 10:20


Sosial şəbəkələrdə və bəzi KİV-lərdə “Azərişıq” tərəfindən abunəçilərin sayğaclarının müəyyən edilmiş müddətdə (30 gün) oxunmaması və bu səbəbdən də artıq sərfiyyat yazılması ilə bağlı məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yayılan məlumatlara münasibət bildirib. Onun sözlərinə görə, “Azərişıq” ASC-nin proqram təminatı imkan verir ki, istehlakçıya aid bir neçə məlumatın təhlili ilə kim olduğu müəyyənləşsin:
“Şikayət edən abunəçinin iddiasının əksinə olaraq onun sayğacının son oxunma müddəti daha tez olub. Şəkildə görünən bildiriş istehlakçı Nigar Zeynalovaya aiddir. Xətai Rayonu, Əhmədli Qəsəbəsi, Zığ yolu ünvanında qeydiyyatdadır. İstehlakçı ilə hesablaşma aparılan sayğacın oxunma vaxtı hər ayın 8-9-u aparılmaqdadır. Noyabr ayında göstərici ayın 7-si və oxunma tsiklinin vaxtı 29 gün olub (oktyabr ayında 9-u oxunduğu üçün). Abonentin dili ilə desək, burada “Azərişıq”a ziyan dəyib. Lakin buna belə baxmaq doğru deyil.
Hər ay əvvəlki ayın sayğac indeksi ilə fərq tapılır və sərfiyyat ona görə hesablanır. Bayram və qeyri iş günlərinə düşdüyü zaman 1-2 gün fərq ola bilir. Lakin bu gecikmədən abonent Nigar Zeynolavaya heç bir ziyan dəyməyib. İstehlakçı 32-gün ərzində 528 kVts istifadə edərək 300 kVts-güzəşt limitini 228 kVts keçib. Bir aylıq (30 gün olanda) sərfiyyatı ortalama olaraq 495 kVts-dır. Belə olan halda limiti 195 kVts keçmiş sayılır. Növbəti sayğac oxunmasında bildirişdə göstərilən əvvəlki ayın göstəricisi ilə fərqi görəcək. Elektrik enerji sərfiyyatı təqvim günlərinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına uyğun olaraq elektrik enerjisinin sərfiyyatı sonuncu sərfiyyat göstəricisindən əvvəlki sərfiyyat göstəricisi çıxılaraq 300 kVt/saata qədər 7 qəpikdən, 300 kVt/saatdan sonrakı sərfiyyat isə 11 qəpikdən hesablanır. Hesablama avtomatik olaraq bazada aparılır. Burada insan faktoru yoxdur”.
T.Mustafayevin sözlərinə görə, “Azərişıq” ASC-nin əməkdaşı sadəcə elektrik sayğacının sərfiyyat göstəricisini bazaya daxil edir. Yəni, aylıq sərfiyyat tam dəqiqliklə hesablanır və verilən bildiriş-xəbərdarlıqda öz əksini tapır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR