Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Ukrayna Prezidenti Azərbaycana səfər edəcək

Ukrayna Prezidenti Azərbaycana səfər edəcək

Tarix: 13-12-2019, 10:40

Bu gün Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş Naziri Aleksey Qonçaruk arasında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən redaktor.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana planlaşdırılan rəsmi səfərinə toxunan A.Qonçaruk bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq. Bu gün Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayan Baş Nazir iqtisadi əlaqələrin daha da artacağına inamını ifadə edib.
Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Baş Nazirin müavini Ə.Əhmədov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq inkişaf edir, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq davam edir. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur.
Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR