Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Şəhidimizin anası koronavirusdan vəfat etdi

Şəhidimizin anası koronavirusdan vəfat etdi

Tarix: 6-01-2021, 17:52


İkinci Qarabağ müharibəsi şəhidi Nurlan Nuruzadənin anası Minəxanım Nuruzadə bu gün koronavirusdan vəfat edib.

Bu barədə Mediabiz.az ailənin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, M. Nuruzadədə öskürək və digər “COVID” əlamətləri olmayıb: “Şəhid oğlu Nurlana görə çox ağlayırdı, halı yox idi. Amma koronavirusa yoluxduğunu bilməyib. Bir neçə gün əvvəl yaşadığı Sumqayıt şəhərində xəstəxanaya müraciət edib. Vəziyyəti ağır olduğuna görə aparata qoşulub. Bu gün isə vəziyyəti daha da pisləşib və müalicə aldığı xəstəxanada vəfat edib”.

Yaxınlarının sözlərinə görə, ailə Sumqayıt şəhərində yerləşən mebel sexində məskunlaşıb. Şəhid Nurlan Nuruzadə də həmin sexdə böyüyüb.

Qeyd edək ki, 19 yaşlı Nurlan Nurzadə Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Oktyabrın 1-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR