Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşdı

Mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşdı

Tarix: 13-12-2019, 15:27

"EuroHome” Ticarət Mərkəzində mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşıb. 

Mediabiz.az xəbər verir ki, bu barədə Yenisabah.az-a sahibkarlardan biri məlumat verib. Onun sözlərinə görə, 40-dan çox sahibkar əvvəlcə Milli Məclisin qabağında toplaşmaq istəyiblər. Lakin sonradan qərar dəyişib. 
 
"İndi mənə dedilər ki, Prezident Aparatının qabağına tolaşırıq”, - deyə adının açıqlanmasını istəməyən sahibkar bildirib. Onun sözlərinə görə, Binəqədinin icra başçısı və "EuroHome”un sahibi Azay Möhnətovla görüşdə kompensasiya məsələsinə tam aydınlıq gətirilməyib: "Getdilər kənarda söhbət elədilər, bizə qaranlıq qaldı ki, baş verənlərin axırı necə olacaq. Bircə onu bilirik ki, Azay müəllim kompensasiya vermək istəmir”.   
 
Sahibkarların tələbi kompensasiya ilə bağlıdır. Xatırladaq ki, dekbarın 10-da "EuroHome” Ticarət Mərkəzində güclü yanğın baş verib. Sahibkarlar mediaya açıqlamasında bildirib ki, ticarət mərkəzinin 95 faizi yanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR