Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Paşinyan Dağlıq Qarabağda işğalçı ordu yerləşdiyini etiraf etdi-RƏY

Paşinyan Dağlıq Qarabağda işğalçı ordu yerləşdiyini etiraf etdi-RƏY

Tarix: 14-12-2019, 11:20


Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan "Dağlıq Qarabağ Ermənistandır" və "Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı erməni ordusudur" deyə növbəti təxribatçı açıqlamasını edib.
Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə Qarabağ Ermənistanındır kimi təxribatçı açıqlamasını avqustun 5-də Xankəndinə gələrək etmişdi. O, faktiki olaraq etiraf edirdi ki, Qarabağı Ermənistan işğal edib. Bu günlərdə Nikol Paşinyan ikinci təxribatçı açıqlamasını edərək bildirdi ki, Ermənistan ordusu həm Ermənistanı, həm də Dağlıq Qarabağı qoruyur. O deməkdir ki, Dağlıq Qarabağda işğalçı ordu yerləşir. Bu da bizim illərdir dediyimizi, Paşinyan faktiki öz sözləri ilə təsdiq etdi. Paşinyan danışıqlarda ortaya heç bir idea qoymur, bu da, danışıqların yerində saymasına gətirib çıxarır. Dağlıq Qarabağ münaqişəsinin həllində bu ili itirilmiş il kimi saymaq olar. Düşünürəm ki, Paşinyandan və onun Xarici İşlər nazirindən heç nə gözləyə bilmərik. Son bir ildə və ümumiyyətlə Paşinyan hakimiyyətə gələndən Madrid və ya genişləndirilmiş Madrid planı haqqında da heç bir söhbət yoxdur. Demək ki, Ermənistan hakimiyyəti bu plandan da imtina edib. Danışıqlar da yerində sayır deyə bilərik. Bu da cəbhə bölgəsində vəziyyəti biraz daha gərginləşdirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR