Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Baş redaktor: Mehriban xanım övladımı ölməyə qoymayın

Baş redaktor: Mehriban xanım övladımı ölməyə qoymayın

Tarix: 13-01-2021, 18:05

Hörmətli Mehriban xanım!

Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir.

Hörmətli Mehriban xanım!

Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz oldu.

Hörmətli Mehriban xanım!

Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.

Hörmətli Mehriban xanım!

Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm.

Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.
Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz.

Hörmətlə:
Peyman Sadıqov,
Xalqxeber.Az xəbər portalının Baş redaktoru
Əlaqə üçün: 070-254-44-40
055476-87-87




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR