Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər

Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər

Tarix: 14-01-2021, 18:48

“Ötən il Türkiyə digər mənbələrdən aldığı təbii qazı azaltsa da, Azərbaycandan aldığı təbii qaz həcmini yüksək saxladı. 2021-ci ildə də bu tendensiyanın davam etməsi tamamilə BOTAŞ-ın qərarı və Türkiyədəki tələbdən asılıdır”.
Bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.
O bildirib ki, hazırda Azərbaycan qazı Türkiyədə ən aşağı qiymətlə təklif olunan qazdır, Türkiyə Azərbaycan qazını xüsusi tariflə əldə edir, buna görə də, ötən il nisbətən bahalı olan mənbələrdən qaz alışı azaldıldı və üstünlük Azərbaycan qazına verildi. Əgər, 2021-ci ildə qaza tələbat artarsa, Türkiyə digər mənbələrdən də qaz alışına davam edəcək.
Saltuk Düzyolun sözlərinə görə, yaxın müddətdə BOTAŞ-ın qaz alqı-satqısı ilə bağlı Azərbaycan və Rusiya ilə müqavilələrinin müddəti bitir:
“Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti də mövcuddur ki, BOTAŞ buradan 6,6 milyard kub metr qaz əldə edir. Təbii ki, bu müqavilənin yenilənməyə ehtiyacı var, çünki növbəti ildə onun müddəti bitəcək. Müqavilənin uzadılması və şərtləri isə Azərbaycanın Qaz Təchizatı Şirkəti ilə BOTAŞ arasında baş tutacaq görüş nəticəsində bəlli olacaq”.
O qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasından sonra Türkiyənin ikinci qaz tədarükçüsüdür:
“Türkiyənin Azərbaycanla TANAP-la birgə 12,2 milyard kub metr civarında təbii qaz alqı-satqı müqaviləsi var. Növbəti illərdə Türkiyənin Rusiyadan aldığı qazın miqdarı azalsa, Azərbaycandan alınacaq qazın miqdarı arta bilər və təbii ki, sabit də qala bilər. Bu, BOTAŞ-ın strategiyası ilə əlaqəlidir”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR