Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ

Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ

Tarix: 15-01-2021, 19:55


Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən Bakının bir çox küçələrində avtobuslar üçün xüsusi zolaqlar çəkilir.

Minik və ya yük avtomobillərinin sürücüləri bu zolağa daxil olarsa, hansı cəzalarla üzləşə bilərlər.

Mediabiz.az xəbər verir ki, mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlamasında dedi ki, zolaqlar üzrə müvafiq yol nişanı qoyulduqdan sonra artıq onun tələbi qüvvəyə minmiş hesab olunur və belə sürücülərə cərimə yazılacaq:

“Bu baxımdan həmin avtomobillərin sürücüləri diqqətli olmalıdır, çünki bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır”.

Qurum rəsmisi zolaqdan yalnız operativ nəqliyyat vasitələrinin istifadəsinə icazə verildiyini bildirib:

“Digər nəqliyyat vasitələrinin zolaq boyunca hərəkəti inzibati məsuliyyət yaradır və 40 manat cərimə sanksiyası tətbiq olunur”.

Minik və ya yük avtomobillərinin sürücüləri bu zolağa daxil olarsa, hansı cəzalarla üzləşə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR