Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

"Mərd petrol" benzinə su qatır?-Aydınlıq gətirildi

"Mərd petrol" benzinə su qatır?-Aydınlıq gətirildi

Tarix: 2-11-2019, 17:43

"Mərd petrol" benzinə su qatır?-Aydınlıq gətirildi

Bakının "Şamaxinka" adlanan ərazisində yerləşən "Mərd petrol" adlanan yanacaq doldurma məntəqəsində avtomobillərə benzin əvəzinə su vurulur.
Bu barədə  şikayət daxil olub. Şikayət edən sürücünün sözlərinə görə, bu gün səhər saatlarında avtomobilinə adıçəkilən məntəqədən benzin vurub və avtomobil yol zolağında 10 dəqiqədən sonra hərəkətini dayandırıb:
"Bu gün səhər Şamaxinkadakı "Mərd petrol"dan benzin vururdum. Gördüm ki, bir nəfər sikayətə gəlib deyir ki, bu nə benzindi vurmusunuz? Mən də benzini vurub yola düşdüm və 10 dəqiqədən sonra avtomobil dayandı. O dəqiqə anladım ki, sikayət edən haqlı imiş. Avtomobilimi evakuatora yükləyib "Mərd petrol"a getdim. Gördüm ki, ora 10- a yaxın avtomobil gətiriblər. Sən demə, benzinin tərkibi su imiş".
Şikayətlə bağlı Şamaxinkada yerləşən "Mərd petrol" yanacaqdoldurma məntəqəsi ilə əlaqə yaradıb məsələyə aydılıq gətirmək istədik. Məntəqənin növbətçi rəisi İbadov Hüseyn açıqlamasında xəbəri təkzib edərək belə bir halın ancaq böhtan xarakterli olduğunu deyib:
"Elə bir hal yaşanmayıb. Hamı pul qazanmaq üçün şər-böhtan atır. İnsandır da, deyir görən "zapravka"-dan nə qoparda bilirəm? Bura o məqsədlə nə qədər narkoman, taksi sürücüsü gəlir. Belə şəxslər gələndə kameranın adını çəkirik və həmin an onlar çıxıb gedirlər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR