Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xınalıq istiqamətində 11 sm qar yağıb - Avtomobil yolu buz bağladı

Xınalıq istiqamətində 11 sm qar yağıb - Avtomobil yolu buz bağladı

Tarix: 21-01-2021, 11:25


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda, Giləzi-Xızı və yolun Siyəzən, Şabran, Quba  və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır. Hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlən, duz və qum səpilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 
Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hazırda da keçirilməsi davam etdirilir. Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan hissəsində 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən yolun bəzi hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hazırda zəif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. 
Giləzi-Xızı yolunda gecə saatlarında güclü qar yağıb və şaxta qeydə alınıb. Hazırda 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizlənib, duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR