Son Xəbər: Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb, İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək, Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər,

600 ailə Hadruta köçmək istəyir

600 ailə Hadruta köçmək istəyir

Tarix: 23-01-2021, 16:12


Göyçə mahalı Basarkeçər rayonu (Ermənistan Respublikası Vardenis rayonu) Nərimanlı kəndindən 1988-ci ildə qaçqın düşən 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilmiş Hadrut qəsəbəsinə köçmək istəyir.

Bu barədə kənd sakinləri adından Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət olunub.

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin siyasi və diplomatik arenadakı fəaliyyətinizi, daxili və xarici siyasətinizi dəstəkləyir, rəhbərliyiniz altında Rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbəsini alqışlayırıq. Qarabağda aparılan məskunlaşma, abadlıq işlərinin inkişafı üçün mümkün olanı etmək və Sizin məcburi köçkünlərə məskunlaşmaya münasibətlərini aydınlatmaq üçün etdiyiniz müraciətə söykənərək bütöv bir kənd olaraq Qarabağın Hadrut qəsəbəsinə köçmək, orada yaşamaq istəyimizi bildiririk. 1988-ci il hadisələrində öz torpaqlarından çıxarılmış Nərimanlı kəndində o dövrdə 600 ailə olub, hazırda 1000 ailə civarındadır.

Kəndimiz birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda 18 şəhid verib, bir igidimiz ölümündən sonra Milli Qəhrəman adına, bir igidimiz isə Azərbaycan Bayrağı ordeninə layiq görülüb. İkinci Qarabağ - Vətən Müharibəsində Nərimanlı kökənli 70 gəncimiz döyüşlərdə iştirak edib, 3 övladımız şəhid olub, 7 həkimimiz ön cəbhədə çalışıb. Sizin sərəncamlarınızla onlar çoxsaylı orden və medallarla təltif olunublar.

Hazırda kəndin insanları əsasən Bakı, Gəncədə məskunlaşsa da digər regionlara və xaricə səpələnib. Bizim Sizdən xahişimiz budur ki, dağ Qarabağın tezliklə məskunlaşması, dərin kökləri olan adət - ənənələrimizin itməməsi, insanlarımızın yadlaşmaması naminə 600-ə yaxın Nərimanlı ailəsinin Hadrut qəsəbəsində məskunlaşmasına sərəncam verəsiniz”.

Yenisabah.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR