Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

Azərbaycanda AĞIR QƏZA: yük maşını dəmir arakəsməyə çırpıldı: ölənlər var - YENİLƏNİB

Azərbaycanda AĞIR QƏZA: yük maşını dəmir arakəsməyə çırpıldı: ölənlər var - YENİLƏNİB

Tarix: 17-12-2019, 09:15

Fövqəladə Hllar Nazirliyi Sumqayıtda baş verən qəza ilə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az -a verilən məlumata görə, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
saat: 09:24
Sumqayıtda qəzada ölən şəxslərin şəxsiyyəti dəqiqləşib.
APA-nın yerli bürosunun məlumatına görə, bunlar 1989-cu il təvəllüdlü Nəsibov Eldar Qəzənfər oğlu (sürücü) və 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğludur (sərnişin).
***
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza “Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "MAZ" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb. Nəticədə yük maşını aşıb, sürücü və onun sərnişini ölüb. İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması səbəb olub. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir, onlar aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR