Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

Elxan Məmmədov: “Bizim klublardan hesabat tələb etmək haqqımız var”

Elxan Məmmədov: “Bizim klublardan hesabat tələb etmək haqqımız var”

Tarix: 29-01-2021, 14:17


“AFFA kimə maliyyə dəstəyi göstərirsə, ildə bir dəfə maliyyə hesabatı təqdim etməlidir. Bunu öz saytlarında göstərməlidirlər. Bu gün maliyyə yardımı etdiyimiz Premyer Liqa klublarından həmin hesabatı təqdim etməyi tələb etmək hüququmuz var”.

Mediabiz.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, AFFA-nın özü də hesabat verir: “Hər il sponsorlarımıza – məsələn, UNİCEF, SOCAR şirkətinə hesabat veririk. Biz sponsorlarımıza göstərməliyik ki, pulu hara xərcləmişik. Onların bunu bilmək hüququ var. Bəlkə onlar bizim işimizdən razı olmayacaq”.

E.Məmmədov, Premyer Liqa klublarının sayının artırılması barədə isə bunları deyib:

“İnanıram ki, “Turan Tovuz” Premyer Liqaya qatılarsa, yeni rəngarənglik olacaq. Ölkə kubokundakı mübarizə zamanı da göründü ki, Premyer Liqa ilə I Divizion komandaları arasında fantastik fərq yoxdur. Bəzən elə imic yaradırlar ki, AFFA hansısa klubu Premyer Liqaya buraxmır. Əksinə, AFFA çox klubun qatılmasını arzulayır. Keyfiyyətə görə Azərbaycan üçün 10 klub ideal, 12 klub isə risklidir. Bizə 2-5 il mövcud olacaq komanda lazım deyil. İstəyirik ki, onların çıxışı ənənəvi olsun”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR