Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

General rütbəsi alanlar... - Biri Ramiz Mehdiyevin qardaşı oğludur

General rütbəsi alanlar... - Biri Ramiz Mehdiyevin qardaşı oğludur

Tarix: 30-01-2021, 17:52




Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Xəlilov Təmkin Həsən oğluna, Mehdiyev Telman Hüseynqulu oğluna və Novruzov Qulu Novruz oğluna gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

"Qafqazinfo" bu məqamda onlar barəsində məlumatları təqdim edir:

Novruzov Qulu Novruz oğlu - Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi

O, 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək) Nehrəm kəndində anadan olub. 1999-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2000-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Xaricdə təhsil alan tələbələr üzrə iş” sektorunun müdiri vəzifəsində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Beynəlxalq əlaqələr” şöbəsinin  müdiri vəzifəsində, 2011-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində çalışıb.

General rütbəsi alanlar... - Biri Ramiz Mehdiyevin qardaşı oğludur

Q.Novruzov 2013-2016-cı illərdə AR Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru, 2016-2018-ci illərdə isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb.

30 oktyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, üç övladı var.

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

O, 1975-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub.

2000-ci ildən Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, Maliyyə şöbəsinin böyük inspektoru, şöbə rəisi və baş idarə rəisinin 1-ci müavini vəzifələrində çalışıb.

2018-ci ildə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, üç övladı var.

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Telman Mehdiyev uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışır. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Telman Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur. Telman Mehdiyevin qardaşı Nəriman Mehdiyev isə hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR