Son Xəbər: Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb, İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək, Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər,

Dolların beynəlxalq valyuta əməliyyatlarında payı enməkdədir

Dolların beynəlxalq valyuta əməliyyatlarında payı enməkdədir

Tarix: 1-02-2021, 17:31


ABŞ-ın iqtisadi sanksiyalar tətbiq etdiyi ölkələr dövlətlərarası ticarət əməliyyatlarında dolların payını azaldır.

RT xəbər verir ki, ABŞ Konqresinin Tədqiqat Xidmətinin apardığı sorğuya görə, bu, dolların qlobal iqtisadiyyatda liderliyini zəiflədir.

İlk növbədə bu, Rusiya, İran və Venesuelanın Avropa, ABŞ və Asiyadan olan ticarət tərəfdaşları ilə hesablaşmasına aiddir.

Dollar yerinə avro, yuandan getdikcə daha çox istifadə olunur.

“Əgər ölkələr dollardan alternativ valyutalara keçsələr, Birləşmiş Ştatlar artan borc xərcləri də daxil olmaqla bir sıra iqtisadi nəticələrlə üzləşə bilər”, - deyə ABŞ Konqresinin analitik hesabatında qeyd edilir.

Bildirilir ki, ABŞ cavab sanksiyalarından da əziyyət çəkdi - Rusiyanın ABŞ-dan məhsul idxalına qadağa qoyması Alyaskanın dəniz məhsulları gəlirlərinin azalmasına səbəb oldu və Vaşinqton ştatından alma və armud istehsalçıları da zərər gördülər.

SWIFT (System for Worldwide Interbank Interbank) məlumatlarının analizinə əsasən avro 2013-cü ilin fevralından bəri beynəlxalq ödəmələrdə populyarlıq baxımından ilk dəfə olaraq 2020-ci ildə dolları üstələyərək qlobal ödənişlər üçün ən çox istifadə edilən valyuta olub.

Beynəlxalq ödəmələrdə Avropa İttifaqının vahid valyutasını və ABŞ dollarını Britaniya funt sterlinqi və Yapon yeni izləyir.

Kanada dolları Çin yuanını üstələyərək beşinci yerdə qərarlaşıb.

Dəyişikliyin ötən ilin oktyabr ayında baş verdiyi bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR