Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

"Şanxay" adlanan ərazidə dəmir yoluna sıx tikilən evlərlə bağlı AÇIQLAMA

"Şanxay" adlanan ərazidə dəmir yoluna sıx tikilən evlərlə bağlı AÇIQLAMA

Tarix: 17-12-2019, 12:25


“Bakıda “Şanxay” adlanan ərazidə dəmir yolu xətlərinə sıx tikilən evlərlə bağlı məsələnin həll edilməsi istiqamətində işlər aparılır”.
Mediabiz.az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransı zamanı deyib.
C. Qurbanov bu məsələ ilə bağlı vətəndaşlara da müraciət edib: "Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sonradan sökülməsin".
Qurumun sədri onu da əlavə edib ki, bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan – elektrik xətləri və ya dəmir yollarının ərazilərini seçir.
""Şanxay" adlandırılan ərazini götürək. O ərazi, təəssüf ki, ev tikmək üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar", - deyə C. Qurbanov əlavə edib.
Buna baxmayaraq, QSC-nin sədr bildirib ki, bu ərazidə qeyri-qanuni olaraq yerləşən əhali var: “Biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, məsələni həll edək”.//Apa.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR