Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Kürdə batan balıqçıların qayığı tapılıb - Video

Kürdə batan balıqçıların qayığı tapılıb - Video

Tarix: 3-02-2021, 12:46


Xəbər verdiyimiz kimi, yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıqla balıq ovuna çıxmış iki vətəndaşın itkin düşməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən  verilən məlumata görə, 1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına dair əsaslı şübhələrin olduğu üçün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları ərazidə axtarışlara cəlb olunub.

Dalğıc axtarış qruplarının həyata keçirdiyi ilkin axtarış tədbirləri zamanı çay kənarında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Hazırda Kür çayı hövzəsində axtarış zonası genişləndirilib, Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazilərdə axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR