Son Xəbər: Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq, DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub, İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi,

Avropanı qazla təmin edən “Şahdəniz”ə nə qədər vəsait xərclənib?

Avropanı qazla təmin edən “Şahdəniz”ə nə qədər vəsait xərclənib?

Tarix: 4-02-2021, 12:00


2020-ci ildə “Şahdəniz” yatağının “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumi 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, “Şahdəniz” yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 135 milyard kubmetr qaz və 32 milyon ton kondensat əldə edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

Ötən il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard dollardan artıq əməliyyat xərcləri və 942 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Ötən ilin əhəmiyyətli hadisələrindən biri kimi, 31 dekabrda “Şahdəniz” yatağından ilk dəfə olaraq Avropaya Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya məqsədli qaz nəqlinə başlanılıb.

3 500 kilometr uzunluğunda olan CQD “Şahdəniz” yatağından Avropa bazarlarına qaz nəqlinin təmin edir.

Bu mühüm nailiyyət nəticəsində “Şahdəniz” Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyinə çevrilib.

Qeyd edək ki, il ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan kəmərinin fəaliyyəti üçün qaz çatdırılıb.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz).




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR