Son Xəbər: Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq, DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub, İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi,

Baş Prokurorluqdan “Kat Holding” rəhbərinin həbsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan “Kat Holding” rəhbərinin həbsi ilə bağlı AÇIQLAMA

Tarix: 4-02-2021, 19:53

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə əsassız olaraq həbs edilməsi nəticəsində tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi ilə bağlı yayılmış həqiqətə uyğun olmayan informasiyalara Baş Prokurorluq reaksiya verib.
Baş Prokurorluqdan  verilən məlumata görə, bir müddət əvvəl Elçin Ələkbərovun qanunsuz əməlləri nəticəsində 2018-ci ilin dekabr ayında təhvil verilməli olan binanın hazırkı vaxtadək istismara verilməməsi səbəbindən vətəndaşların şikayət etmələri ilə bağlı informasiyaların ictimailəşdirilməsinə baxmayaraq, təəssüf ki, eyni media subyektləri tərəfindən istintaqın normal gedişatına təsir göstərmək, eləcə də işin obyektiv hallarını “pərdələmək” məqsədi ilə qərəzli olaraq Elçin Ələkbərovun məhz həbs edilməsinin tikinti işlərinin tamamlanmamasına səbəb olması barədə məlumatlar dərc edilib.
 
“Baş Prokurorluq tərəfindən bir daha bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, eləcə də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 10 iyun 2020-ci il tarixli, həmçinin binaların tikintisini sifariş edən “MİDA” MMC-nin 12 iyun 2020-ci il tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 16 iyul 2020-ci il tarixdə cinayət işi başlanıb.
İstintaqın gedişatında toplanmış sübutlara əsasən, Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi və pozulmuş hüquqların bərpası istiqamətində Baş Prokurorluq tərəfindən tədbirlər davam etdirilir.
Bir daha KİV-nin nümayəndələrini və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən diqqətli və qərəzsiz olmağa çağırırıq”, - deyə Baş Prokurorluqdan bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR