Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Fevralın 7-də gözlənilən hava şəraiti açıqlanıb - VİDEO

Fevralın 7-də gözlənilən hava şəraiti açıqlanıb - VİDEO

Tarix: 6-02-2021, 12:06

Azərbaycanda fevralın 7-nə olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 12-16, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan  758 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55  faiz olacaq.

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Fevralın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq  rayonlarında çiskinli, yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 3-7 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.  Fevralın 7-dən 8-i səhərədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə fevralın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR