Son Xəbər: Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib, İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb,

Antisanitar bağırsağ sexi-Foto

Antisanitar bağırsağ sexi-Foto

Tarix: 5-11-2019, 13:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlanıb

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan vətəndaş şikayəti əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib.
AQTA-dan Mediabiz.az verilən məlumata görə, müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub.
Yoxalama zamanı müəssisədə xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub.
Məlum olub ki, anbar sahəsi sistematik təmizlənmir. Bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir. İstehsalat sahəsinə həşaratların daxil olmasının qarşısın almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.
Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.
Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbul ilə bağlı sənədləri yoxdur.
Bildirilib ki, aparılan yoxlamanın nəticəsi ilə bağlı olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlanıbBakıda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlanıb
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR