Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Xaçmazda yanacaqdoldurma məntəqəsində quldurluq edən şəxs saxlandı

Xaçmazda yanacaqdoldurma məntəqəsində quldurluq edən şəxs saxlandı

Tarix: 11-02-2021, 12:28


Xaçmazda quldurluq edən şəxs saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operator işləyən E.Quliyev Rayon Polis Şöbəsinə müraciət edərək, fevral ayının 10-da gecə saat 03:30 radələrində bir nəfər şəxsin ona bıçaqla hədə-qorxu gəldiyini və üzərində olan 1 450 manat pulu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Quliyevə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Sərxan Qabulov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi pulların bir qismini xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən 700 manat pul isə maddi sübut kimi ondan götürülüb.  

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR