Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Gömrük Komitəsindən xarici ticarət iştirakçılarına XƏBƏRDARLIQ

Gömrük Komitəsindən xarici ticarət iştirakçılarına XƏBƏRDARLIQ

Tarix: 18-12-2019, 17:20

Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarət iştirakçılarına xəbərdarlıq edib.

Oxu.Az-ın məlumatına görə, xarici ticarət iştirakçıları 30 dekabr 2019-cu il tarixinədək Xarici Ticarət İştirakçısının şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu, xarici ticarət iştirakçılarının onlara məxsus mallarının özləri tərəfindən (broker xidmətindən istifadə etmədən) gömrük orqanlarına bəyan edə bilmələri, həmçinin digər elektron gömrük xidmətlərindən istifadə edə bilmələri üçündür.

Xarici ticarət iştirakçıları səlahiyyətləri həvalə etdikləri əməkdaşlarına dair asan imza sertifikatı, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, əmək müqaviləsi bildirişi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə dair etibarnamə təqdim etməlidirlər.

Qeyd olunan sənədlər təqdim edilmədiyi təqdirdə şəxsin elektron gömrük xidmətlərindən istifadə hüququ dayandırılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR