Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Balakəndə baş verən silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT

Balakəndə baş verən silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT

Tarix: 19-12-2019, 11:17

Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Mediabiz.az -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, Balakən rayon Mərkəzi Xəstəxanasına biri azyaşlı olmaqla 5 nəfər müraciət edib:

"Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".


Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib. Kənd sakini, 53 yaşlı Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 32 yaşlı Əhməd Bağmanovu güllələyib. Atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədlə bərabər biri azyaşlı olmaqla daha üç nəfəri yaralayıb.

Əlavə edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Güllələnən Ə.Bağmanov bir neçə gün əvvəl Rusiyadan qayıdıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR