Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Azərbaycan Ordusunun “Əbədiyaşar Ali Baş Komandan” ekspedisiyası uğurla başa çatıb

Azərbaycan Ordusunun “Əbədiyaşar Ali Baş Komandan” ekspedisiyası uğurla başa çatıb

Tarix: 19-12-2019, 12:48

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbirlər çərçivəsində Müdafiə nazirinin müvafiq əmri ilə hərbi alpinistlərimizin “Əbədiyaşar Ali Baş Komandan” adlı ekspedisiyası təşkil olunub.

Ekspedisiya zamanı hərbi alpinistlər polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli respublikamızın ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin ikinci ən yüksək zirvəsi olan “Şahdağ” (4243 m) və “Heydər Əliyev” (3763 m) zirvələrinə qalxaraq orada Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR