Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Konstantinopolu türklərin dağıtdığını deyən Jirinovskiyə Putindən cavab: “Unutmayaq ki...”

Konstantinopolu türklərin dağıtdığını deyən Jirinovskiyə Putindən cavab: “Unutmayaq ki...”

Tarix: 19-02-2021, 22:49

Rusiyada Dumada təmsil olunan fraksiya liderləri ilə onlayn görüşdə Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.
Bu barədə görüşün Kremlin rəsmi saytında yayılan mətnində qeyd edilir.
Belə ki, Jirinovski xarici qüvvələrin müdaxiləsi mövzusundan danışan zaman Rusiyanın 988-ci ildə xristianlığın Bizans qolunu qəbul etdiyini xatırladıb və deyib ki, əvvəl kilsələr birləşdi, o zaman ayrılacağını bilmirdik.
İkinci, ortodoks, yəni Konstantinopol xristian dünyasının ən varlısı, ən güclüsüydü, ancaq Şərqdən türklər gəldi və 1453-cü ildə Konstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq:
“Biz katolik və ya xristian deyilik. Xristian dünyasında yetim qaldıq. Onların dünyasında yad olduq”.
Putin isə cavab olaraq deyib: “Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldi, Ortodoks imperatorluğunu yıxdı deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, Şərqdən türklər gəlməzdən əvvəl Qərbdən səlibçilər gəldi, bu da Ortodoks imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR