Son Xəbər: Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb, İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək, Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər,

Bakı qara hazırlaşır - RƏSMİ

Bakı qara hazırlaşır - RƏSMİ

Tarix: 22-02-2021, 12:26

 
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
Xidmətdən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.
 
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal olunur.
 
Paytaxt qabaqcadan edilən xəbərdarlığa hazırdırmı?
 
Yaranmış suallara cavab tapmaq üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı Meriyasından BAKU.WS-ə bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb.
 
"Bakı şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılıb.
 
Xüsusi rejimdə kommunal texnikaların və kommunal xidmət işçilərinin iş qrafikləri müəyyənləşdirilib. Qar yağan vaxtlarda bütün xidmətlər xüsusi rejimdə işləyəcəklər.
 
Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən xüsusi qərargah şaxtalı və qarlı günlərdə paytaxtdakı bütün kommunal qurumların və xidmətlərin işini əlaqələndirəcəkdir. BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib”, - Bakı meriyasından bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR