Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Sayğacını dəyişən abonentlərə nə kimi imkanlar yaradılacaq?

Sayğacını dəyişən abonentlərə nə kimi imkanlar yaradılacaq?

Tarix: 22-02-2021, 17:09


Növbəti aydan etibarən quraşdırılacaq əvvəlcədən ödənişli qaz sayğaclarında kredit qaz həcmi iki dəfə artırılır.
Bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.
 
Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.
Belə ki, növbəti aydan yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq. Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.
Bildirilib ki, abonentlər bəzən qaz sayğacında qaz həcmi bitdiyi zaman növbəti dəfə kartın balansını artırana qədər müvəqqəti olaraq məhz bu kredit qaz həcmi hesabına ehtiyaclarını ödəyir. Həm sosial şəbəkə, həm də ümumi müraciətləri nəzərə alaraq “Azəriqaz” İB gələn aydan etibarən istismara veriləcək əvvəlcədən ödənişli qaz sayğaclarında bu imkanın proqramlaşdırılmasına qərar verib. Bu addımın abonent məmnuniyyəti üçün əhəmiyyətli olacağı hesab edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR